Avropa Parlamenti Aİ ölkələrini Rusiyadan enerji nəqlinə embarqoya çağırdı

Avropa Parlamenti (AP) Aİ ölkələrini Rusiyadan enerji nəqlinə embarqo qoymağa çağırıb.

Bizimxeber.az bildirir ki, bunu qurumun rəhbəri Roberta Metsola deyib.

“Avropa Parlamenti Kremlin nəzarətində olan enerji təchizatına dərhal ümumavropa embarqosuna çağırır. Avtokratlara olan aludəliyimizi birdəfəlik sona çatdırmağın vaxtıdır”.

Avropa Parlamentinin rəhbəri “Qazprom”un ödənişləri rublla ödəməkdən imtina edən bu ölkələrə qaz nəqlini dayandırmaq qərarı ilə bağlı Bolqarıstan və Polşaya dəstək vəd edib.