Avropa Maskın avtomobillərindən imtina edir - Satışlar rekord həddə düşdü

İlon Maskın son açıqlamaları fonunda Avropada Tesla avtomobillərinin satışları kəskin şəkildə azalır.

Bizimxeber.az xarici KİV-lərə istinadən bildirir ki, keçmiş bazar hegemonu Tesla Avropada və dünyada sürətlə yerini itirir.

Şirkət Tesla-nın rəhbəri və əsas səhmdarı İlon Maskın sağ radikalların tərəfində siyasət oynamaq və yerli seçkilərə müdaxilə etmək qərarına gəldiyi Almaniyada ən pis dinamikanı nümayiş etdirir. 

Ümumiyyətlə, Ukrayna müharibəsi fonunda Avropa ilə Qərbin pisləşən mövqeyi Muskun biznesinə böyük ziyan vurur.