“Avropa Laqodexidən başlayır” - Aksiyalar davam edir

Laqodexi şəhərinin küçələri ilə yürüş davam edir. Aksiyaçılar Şəhər Şurası və Meriya binaları qarşısına toplaşıblar.

Bizimxeber.az bildirir ki, mitinqdə dövlət qulluqçuları, müəllimlər, həkimlər, vətəndaş fəalları iştirak edir.

Mitinq iştirakçıları Meriya və Şəhər Şurasının əməkdaşlarını mitinqə qoşulmağa və onlarla birlikdə hökumətin Gürcüstanın Avropa İttifaqına üzvlüyü ilə bağlı danışıqların açılmasının 2028-ci ilə qədər dayandırıldığı qərarına etiraz etməyə çağırıblar. 

Laqodexidə keçirilən etiraz aksiyasında regionun tanınmış cərrahı, “Kelaptri” klinikasının rəhbəri Gia Lobjanidze iştirak edib. “Ölkəmiz ən böyük və güclü dövlətlərin çətirini yığışdırıb, bizə lazım deyil. Əslində ölkəni başqa yerə aparırlar və ona görə də Avropanı istəmirlər. Bunu elə edirlər ki, hamımız hər şeyi bilək. Biz müqavimət göstərməliyik, çıxmağın çox çətin olduğu dairəyə girməməliyik” , - Gia Lobjanidze mitinq iştirakçılarına müraciət edib.

Dekabrın 2-də Axmeta, Kvareli, Siqnaxi, Qurcaan və Telavidə Avropa İttifaqı ilə inteqrasiyanın bərpası tələbi ilə etiraz aksiyaları keçirilib. Telavi Dövlət Universitetinin bəzi tələbələri aksiyaya görə mühazirələrə qatılmayıb.