Avropa Komissiyası Rusiyanın tanınmış oliqarxlarının ailə üzvlərinə qarşı sanksiyalar tətbiq etməyə imkan verəcək yeni hüquqi sənəd hazırlayır.
Bizimxeber.az “European Pravda”ya istinadən bildirir ki, bu barədə Aİ diplomatı bildirib .
Diplomatların sözlərinə görə, Avropa Komissiyası Aİ ölkələrini məlumatlandırıb ki, o siyahıya zəngin rusların ailə üzvlərinin daxil edilməsi üçün meyarlar üzərində işləyir.
Avropa Komissiyası dəqiq hansı kriteriyaları tətbiq etməyi planlaşdırdığı barədə təfərrüatlı məlumat verməyib və bunun nə vaxt baş verəcəyi ilə bağlı vaxt çərçivəsini açıqlamayıb.