Avropa Komissiyası təhlükəsizlik baxımından işçilərinə Çinin "TikTok" proqramından mobil telefonlarda istifadə etməyi qadağan edib.
Bizimxeber.az xarici KİV-lərə istifadən bildirir ki, bu barədə "Le Monde" nəşri yazıb.
Qeyd olunur ki, Avropa Komissiyasının əməkdaşlarına TikTok-un martın 15-dək təkcə iş cihazlarından deyil, həm də şəxsi smartfonlardan silinməsini tələb edən elektron məktub gəlib.
TikTok -a qadağa Avropa Komissiyasının məlumatlarını qorumaq və onun kibertəhlükəsizliyini yaxşılaşdırmaq üçün tətbiq edilir. Martın 15-dək tətbiqi silməyən işçilər korporativ poçt və Skype-dan istifadə edə bilməyəcəklər, məktubda xəbərdarlıq edilib.
TikTok- u şəxsi cihazlarında saxlamaq istəyən işçilər iş proqramlarını qadcetlərindən silməlidirlər.