Avropa İffifaqı Rusiyanın Avropa mediasına əngəlləri pislədi

Avropa İffifaqı Rusiyanın 80-dən Avropa KİV-inə girişi əngəlləmək qərarını pisləyib.       

Bizimxeber.az bildirir ki, bu barədə Xosep Borrelin bəyanatında deyib.

"Bu qərar azad və müstəqil informasiyaya çıxışı daha da məhdudlaşdırır və Rusiyada onsuz da sərt media senzurasını genişləndirir. Onlar faktiki məlumatı, o cümlədən rus auditoriyasını, xüsusən də Rusiyanın Ukraynaya qarşı qanunsuz işğalçı müharibəsi haqqında məlumat verirlər”, - Borrel bildirib.

"Söz və Kütləvi İnformasiya Vasitələrinin azadlığına hörmət Aİ üçün əsas dəyərdir. Aİ Rusiyada auditoriya üçün faktiki məlumatların əldə olunmasını dəstəkləməyə davam edəcək", - bəyanatda deyilir. 

Rusiya Xarici İşlər Nazirliyi çərşənbə axşamı bildirib ki, Moskva 81 Avropa KİV-inə yayım və çıxışa məhdudiyyətlər tətbiq edir.