Avropa diplomatiyasının rəhbəri Kaya Kallas yaxın həftələrdə Ermənistana səfər edəcək.
Bizimxeber.az bildirir ki, bu barədə Ermənistanın xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan deyib.
O, səfərin təfərrüatlarını açıqlamasa da, əməkdaşlıq məsələlərinin müzakirə olunacağını bildirib.
Hovhannisyan qeyd edib ki, Ermənistan və Aİ yeni əməkdaşlıq gündəliyinin imzalanması üçün danışıqlar aparır, ona əsasən Aİ ilə iqtisadi yaxınlaşmanın inkişaf etdirilməsi məsələləri həll olunacaq.
“Ancaq hər hansı konkret proqramlar haqqında danışmaq hələ tezdir”, - Hovhannisyan bildirib.