Attal xıbırdarlıq etdi - Ukrayna naminə sağçılara səs verməyin...

İfrat sağçıların hakimiyyətə gəlməsi nəticəsində Parisdən Ukraynaya dəstək azala bilər.

Bizimxeber.az bildirir ki, bunu Fransanın baş naziri Qabriel Attal deyib.

Attal, ifrat sağçıların iqtidara qovuşması halında Fransa siyasətinin çox ciddi nəticələri və geri çevrilmələri barədə xəbərdarlıq edib. "Milli İttifaqın hakimiyyətə gəlişi Avropa İttifaqının bloklanmasıdır, bu, Frexit-in başlanğıcıdır və Ukraynaya dəstəyin əhəmiyyətli hissəsinin sonudur".

Attal, həmçinin, 2030-cu ilə qədər silahlı qüvvələrin büdcəsinin iki dəfə artacağını qeyd edərək, "Parisin beynəlxalq səhnədə güclü səsinə" təkid edib.

Xatırladaq ki, Fransanın ifrat sağçılarının lideri Jordan Bardella Ukraynanın özünü Rusiyanın təcavüzündən müdafiə etmək hüququnu dəstəklədiyini, lakin baş nazir seçiləcəyi təqdirdə Kiyevə raket ötürülməsini dəstəkləməyəcəyini bildirib.