Atsunun cənazəsi Qanada hərbi törənlə qarşılanıb.
Qəhrəmanmaraş zəlzələlərində Antakyada evinin dağılması nəticəsində həyatını itirən "Hatayspor"un futbolçusu Kristian Atsu ölkəsi Qanada rəsmi mərasimlə qarşılanıb.
Bizimxeber.az bildirir ki, paytaxt Akkraya gətirilən Atsunun cənazəsi Qana əsgərləri tərəfindən aparılıb.
Kristian Atsunun ölümü ilə bağlı açıqlamalar verən Qana vitse-prezidenti Mahamudu Bawmia Atsunun sevildiyini və çox darıxılacağını bildirib. Qana Xarici İşlər Nazirliyinin məlumatına görə, dəfn mərasimində Atsunun ailəsi və Qananın Türkiyədəki səfiri Francisca Ashietey-Odunton müşayiət edib.
Mərasimdə hökumət rəsmiləri ilə yanaşı Qana Futbol Assosiasiyasının nümayəndələri də iştirak edib.