Ataları yerlərini övladlarına verirlər - Parlamenti ailə yuvasına çeviriblər

Bəzi deputatlar bu seçkidə namizəd olmayacaqlar. Çünki… onlar uşaqlarını yerbəyer edirlər.

Daha dəqiq, bu dəfə övladları namizəd olacaqlar.

Bizimxeber.az bildirir ki, 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsindən Günay Ağamalı namizəd olub. O, Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalının qızıdır.

56 saylı Şabran-Xaçmaz seçki dairəsindən isə Mahir Süleymanlı namizəd göstərilib. O, sabiq deputat Tahir Süleymanovun oğludur. 

20 saylı Nərimanov ikinci seçki dairəsindən Samir Vəliyev namizəd göstərilib. O, Odlar Yurdu Universitetinin rektoru, sabiq deputat Əhməd Vəliyevin oğludur.