Bayden administrasiyası Ukraynaya Rusiyanın dərinliklərinə uzaq mənzilli raketlərlə zərbələr endirməyə icazə verib.
Bizimxeber.az bildirir ki, bunu “The New York Times” rəsmi mənbələrə istinadən yazıb.
Nəşr yazır ki, bu, Şimali Koreya qoşunlarının Kursk vilayətində yerləşdirilməsinə cavab olaraq edilib. Həmçinin, bir sıra KİV Fransanın “Le Figaro” nəşrinə istinadən yazıb ki, Fransa və Böyük Britaniya da Ukraynaya oxşar icazə verib.
Amerika tərəfdən də bu məsələ ilə bağlı heç bir rəsmi açıqlama verilməyib.