Astana üçlüyünün sammiti başa çatdı - Video+Yenilənib

Tehranda Suriyadakı münaqişənin həlli üçün Rusiya Prezidenti Vladimir Putin, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan və İran dövlət başçısı İbrahim Rəisinin iştirakı ilə Astana formatında üçtərəfli görüş keçirilir.

Bizimxeber.az xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.

Bildirilib ki, liderlər Suriyadakı son hadisələri, xüsusilə oradakı terrorçu silahlı qüvvələrin tamamilə məhv edilməsi istiqamətində atılan addımları müzakirə ediblər. Bundan əlavə, prezidentlər Ukrayna münaqişəsi və bir sıra digər beynəlxalq məsələlərə də toxunublar. Üçtərəfli görüşdən sonra prezidentlərin bəyanatlarla çıxış edəcəyi gözlənilir.

***

Rusiya Prezidenti Vladimir Putin, İran Prezidenti İbrahim Rəisi və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Suriya nizamlanması üzrə Astana üçlüyünün görüşü başa çatıb.

Bu barədə “TASS” məlumat yayıb. Bildirilib ki, görüşün sonunda birgə bəyannamə qəbul edilib. Bəyannaməyə əsasən, Rusiya, İran və Türkiyə Suriyaya qarşı bütün birtərəfli sanksiyaları rədd edir.

Qeyd edək ki, növbəti üçtərəfli sammitin Rusiyada keçirilməsinə razılıq verilib.