Avropa Şurası Parlament Assambleyasının (AŞPA) komitəsi noyabrın 29-da Lüksemburqda keçirilən iclasdan sonra fövqəladə bəyanat dərc edib və orada hökumətin Avropa İttifaqına üzv olmaq üzrə danışıqlardan imtina etməsi səbəbindən Gürcüstandakı vəziyyətdən narahatlığını ifadə edib.
Bizimxeber.az bildirir ki, bəyanatda assambleya Tbilisidə dinc nümayişlərin vəhşicəsinə dağıdılmasını fundamental ifadə və toplaşma azadlıqlarının pozulması kimi kəskin şəkildə pisləyib. Mətndə hökumətin bu qərarına qarşı nümayişlərin keçirildiyi qeyd edilir.
“Asambleya həmçinin nümayişçilərin əksəriyyətinin həbs edildiyini və Sovet dövründən qalma mübahisəli İnzibati Xətalar Məcəlləsinə əsasən ittiham edildiyini narahatlıqla qeyd edir və xatırladır ki, bu qanunun Avropa standartlarına uyğun yeni qanunla dəyişdirilməsini dəfələrlə tələb edib.