AŞPA Putini terrorçu elan edən qətnamə layihəsinin qeydə alınmasına icazə verməyib.
Bizimxeber.az bildirir ki, AŞPA ukraynalı deputat Oleksandr Merejko və daha üç həmmüəllifin Vladimir Putini mülki əhaliyə qarşı çoxsaylı terror aktlarında ittiham edən düzəlişi qeydiyyata almayıb
Qeyd olunur kl, bir gün əvvəl AŞPA bu sənədlə bağlı təklifləri qeydə alıb. Oleksandr Merejko AŞPA-nın digər deputatları ilə (Ukraynanın beş nümayəndəsi, o cümlədən Ali Rada nümayəndə heyətinin rəhbəri, həmçinin isveçli Markus Vihel) həmmüəllifliyi ilə düzəliş təklif edib, əgər qəbul olunarsa, assambleya “ Vladimir Putin terrorçudur, onun rəhbərliyi altında dinc əhaliyə qarşı çoxsaylı terror aktları törədilib. Lakin bütün parlamentarilərin düzəlişlərlə bağlı təklifləri dərc edildikdən sonra Merejka onların arasında görünməyib.
Onlar Merejkaya yazılı şəkildə məlumat veriblər ki, “dövlət başçısının terrorçu kimi təyin edilməsi Assambleyanın rəsmi sənədində yersiz olan təhqiramiz və ədəbsiz ifadələrin işlədilməsinə bərabərdir.