Aslan Bjaniya Moskvaya qaçıb

İşğal olunmuş Abxaziyanın de-fakto keçmiş prezidenti Aslan Bjaniya Moskvaya qaçıb.

Bizimxeber.az bildirir ki, o özü bu barədə TASS-a məlumat verib: “Hazırda mən Abxaziyada deyiləm, bir neçə gündür Moskvadayam”.

Aslan Bjaniyanın istefası müxalifətin etirazları və onların hökumət binalarını zəbt etməsi ilə yadda qaldı.

Noyabrın 15-də Rusiya-Abxaziya investisiya sazişinə qarşı çıxan nümayişçilər hökumət binaları ətrafına çəkilmiş hasarı sökərək, “Parlament” və “Prezident Administrasiyası”nı zəbt ediblər. 

Etiraz fonunda “parlament” Moskva ilə investisiya sazişinin ratifikasiyası üzrə səsvermənin keçirilməli olduğu sessiyanı ləğv edib.