Asanj ABŞ-da 175 il cəza çəkəcək

Britaniya məhkəməsi Julian Assanjın Amerikaya ekstradisiya edilməsi ilə bağlı formal qərar verib. 

"Deutsche Welle” saytının məlumatına istinadla xəbər verir. 

Wikiliks yaradıcısı Asanj İraq və Əfqanıstanla bağlı qadağan olunmuş sənədlərin icimailəşdirilməsinə görə ittiham olunur və məhkəmə qərarı ilə cəzasını çəkmək üçün Amerikaya göndərilməlidir.

Məhkəmənin bugünkü qərarı son qərarvermə üçün Britaniya daxili işlər nazirinə göndəriləcək. Əgər o, ekstradisiyanı təsdiqləsə, Asanjın vəkilləri Ali Məhkəməyə müraciət edə bilərlər. 

Asanj 2010-ci ildə gizli sənədləri dərc etdiyinə görə 17 cəsusluq ittihamı ilə üzləşib.

Asanj özünü təqsirkar hesab etmir və tərəfdaşları ona qarşı irəli sürülən ittihamların siyasi motivli olduğunu iddia edir. 

Julian Asanjın vəkili bildirib ki, Amerikaya ekstradisiya edilsə, Asanjı 175 il həbs cəzası gözləyir.