"ABŞ prezidenti nəsə deyəndə daha Türkiyə əhəmiyyət vermir".
Bizimxeber.az bildirir ki, bu barədə “Hürriyet” qəzetinə ölkənin Daxili İşlər Nazirliyinin rəhbəri məlumat verib.
O, həmçinin əlavə edib ki, Tayyib Ərdoğan Qərb qəyyumluğunu aradan qaldırıb: "İndi Türkiyədə icra hakimiyyətinin əlində qərbyönümlü bir qurum yoxdur".
Süleyman Soylu müsahibəsində ölkə sərhədləri yaxınlığında “terror dövləti” yaratmaq təhlükəsinə də diqqət çəkib. Soylu bildirib ki, Türkiyə bu bölgədə ABŞ-a güvənsəydi, sonu Əfqanıstan kimi olardı.