Bu gün Sumqayıtda şəhid paşamız Polad Həşimovun ailəsi ilə görüşdük.
Bizimxeber.az xəbər verir ki, bu barədə Müsavat Partiyasının başqanı Arif Hacı paylaşım edib.
"Möhtəşəm sərkərdəmizin anası Səmayə ana qüdrətli bir şəxsiyyətdir. Polad Həşimov bir sərkərdə, ordu komutanı kimi cəmiyyətimizin dayağıdırsa, Səmayə ana məğrur Azərbaycan qadınının simvoludur.
Bu ailə ilə görüşdən çox böyük enerji alaraq xalqımız və millətimiz üçün misilsiz qürur hissi ilə ayrıldıq. Allah Polad Həşimova və bütün şəhidlərimizə rəhmət eləsin", - deyə Arif Hacılı qeyd edib.