Argentina Braziliyada keçiriləcək G20 sammitini bloklayır

Argentina hökuməti Braziliyada keçiriləcək G20 sammitinin birgə yekun kommünikesini bloklamaqla hədələyib.

Bizimxeber.az bildirir ki, bu barədə Financial Times (FT) yazıb.

"Buenos-Ayresin etirazları ən varlı vətəndaşların vergiyə cəlb edilməsi və gender bərabərliyi məsələlərinə aiddir", - nəşr yazıb. 

Bu arada Braziliyanın birinci xanımı Rosangela da Silva Rio-de-Janeyroda keçirilən G20 sammiti ərəfəsində keçirilən tədbirdə amerikalı iş adamı İlon Maskı təhqir edib.