Arestoviç etiraf etdi - "Ukraynanın prezidenti olmaq istəyirəm"

Ukrayna Prezidenti Aparatının müşaviri Aleksey Arestoviç bildirib ki, 2024-cü ildə keçirilməsi planlaşdırılan növbəti seçkilərdə Vladimir Zelenski öz namizədliyini irəli sürməsə, prezidentliyə namizədliyini irəli sürməyə çalışacaq.

Bizimxeber.az bildirir ki, o bu barədə Ramina Eshakzai-nin YouTube kanalına verdiyi müsahibədə etiraf edib.

O, müharibədən əvvəl Zelenskini "şəxsi kinlərlə" həmsərhəd olaraq "prezident rolunu oynadığına" görə çox sərt tənqid edib. "Lakin Zelenski dayandı, o, müharibə aparan ölkənin prezidenti və ali komandanı oldu", - Arestoviç bildirib.

Eyni zamanda o, Ukrayna xalqı tərəfindən seçiləcəyi təqdirdə bütün dünyanın onlara həsəd aparacağına inandırıb: "İnanın mənə, ukraynalılar ən xoşbəxt xalq olacaqlar", - Arestoviç vurğulayıb.

Bundan əvvəl Arestoviç artıq prezident postundan danışıb. Onun sözlərinə görə, prezident postu insanlara kömək etmək, “yaxşı iş görmək” üçün lazımdır. Lakin o, əmin edib ki, növbəti prezident seçkilərinə yalnız Zelenski seçkilərdə iştirak etməyəcəyi təqdirdə getməyə hazırdır.