Araturyanın Ağdərədə nə işi var? - Yeni mədənçıxarma müəssisəsi tikir

Qondarma "Dağlıq Qarabağ Respublikası"nın rəhbəri Araik Araturyan ötən gün Ağdərə rayonuna (Martakertə) səfər edib. Bu barədə "Sputnik Armenia" məlumat yayıb. Məlumatda qeyd olunur ki, Araturyan səfər zamanı rayonda yeni mədənçıxarma müəssisəsinin yaradılacağını deyib.

O, mədən müəssisəsinin tikiləcəyi ərazini ziyarət edib, bu layihəni həyata keçirən şirkətin müharibədən sonra ən böyük sərmayəçi olacağını deyib.

O qeyd edib ki, proqramın dəyəri bir neçə milyon dollardır. Plana əsasən, filiz hasilatına üç aydan sonra başlanacaq. Bu, 400 yeni iş yerinin açılmasına imkan verəcək.

Arutyunyan qeyd edib ki, yolların asfaltlanması üzrə işlərə gələn ildən başlanacaq. Bundan əlavə, suvarma şəbəkəsi bərpa olunacaq və genişləndiriləcək ki, bu da yeni üzüm bağları və nar bağlarının yaradılmasına imkan verəcək. 

Qeyd edək ki, İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən Ağdərə şəhəri Rusiya Sülhməramlı Qüvvələrinin nəzarətinə verilib. Belə olan təqdirdə qondarma rejim rəhbəri hansı əsasla  bu rayonda mədənçıxartma müəsissəsi tikə bilir?