Google-dan sonra Amerika texnologiya korporasiyası Apple, Donald Trampın sərəncamına uyğun olaraq ABŞ-dakı istifadəçilər üçün hazırladığı xəritələrdə Meksika körfəzinin adını Amerika Körfəzi olaraq dəyişib.
Bizimxeber.az bildirib ki, bu barədə Bloomberg xəbər verir.
Söhbət əksər Apple cihazlarında, o cümlədən iPhone, iPad və Mac-da quraşdırılmış Xəritələr tətbiqindən gedir. Agentlik qeyd edir ki, Apple buxtanın adını hələlik yalnız ABŞ istifadəçiləri üçün dəyişib, lakin tezliklə onu bütün dünyada istifadəçilərə təqdim etməyi planlaşdırır.