Antalyada otel döyüş meydanına çevrildi - Rus və Ukrayna futbolçuları dava edib

Antalyada otellərdən birində qalan Rusiyanın “Yaroslavl Şinnik” və Ukraynanın “FK Minaj” komandasının futbolçuları arasında dava düşüb. 

Bizimxeber.az bildirir ki, dava zamanı bir neçə nəfər xəsarət alıb.

Futbolçulardan birinin ayağı qırılıb. Hadisələrdən sonra hər iki komanda oteli tərk edib.