Ankaranı su basdı: Ölən var

Türkiyə paytaxtı yenidən aramsız yağışlara təslim olub.

Bizimxeber.az xəbər verir ki, leysan zamanı Ankarada bir sıra yaşayış evləri və iş yerlərini su basıb. Təbiət hadisəsi nəticəsində binalardan birində kişi meyiti tapılıb.

Hazırda şəhərin müxtəlif rayonlarında xilasedicilər intensiv yağıntının fəsadları ilə üzləşmiş sakinlərə yardım göstərirlər.

Bizimxeber.az