Anar yenidən Azərbaycan Yazıçılar Birliyinin sədri seçildi

Xalq yazıçısı Anar Rzayev yenidən Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri seçilib. 

AYB-nin XIII qurultayında səsvermə keçirilib. Səsvermə nəticəsində Anar növbəti müddətə AYB sədri seçilib.