Alyaskada saxlanılan iki rusiyalı Vaşinqtonda həbsdədir

Oktyabr ayında Rusiyada səfərbərlikdən qaçmağa cəhd edərkən Alyaskada saxlanılan iki rusiyalı hazırda Vaşinqtonun Tacoma şəhərindəki istintaq təcridxanasındadır. 

Bizimxeber.az bildirir ki, bu barədə Politico yazır.

Rusların vəkili onları şərti azadlığa buraxmağa çalışır. 

Qəzet yazır ki, Sergey və Maksim (təhlükəsizlik məqsədilə onların adları çəkilmir) oktyabrın 3-də Müqəddəs Lourens adasının sahilinə gəliblər. Qaçaqları yerli sakinlər qarşılayıb, onlara quru paltar verib, yedizdiriblər.

Onların vəkili bildirib ki, Alyaskaya gəlməzdən bir həftə əvvəl Çukotkanın Eqvekinot kəndində yaşayan Sergey və Maksim qismən səfərbərlik çərçivəsində hərbi komissarlıqdan qaçıblar. Həmin şəxslər müxalif fikirdədirlər və onlardan biri Aleksey Navalnının tərəfdarıdır.

Sergey və Maksim nəhayət orta ölçülü balıqçı qayığı ilə Alyaskaya getdiblər, demək olar ki, 300 mil (400 kilometrdən çox) qət etdiblər və 700 nəfərin yaşadığı Qambellaya çatdılar. Oktyabrın 4-də onları sənədləşmə işləri üçün Sahil Mühafizəsi saxlayıb.

Oktyabrın əvvəlində Forbes , qismən səfərbərlik elan edildikdən sonra 700 mindən 1 milyona qədər vətəndaşın Rusiyanı tərk etdiyini bildirdi . Ölkə prezidentinin mətbuat katibi Dmitri Peskov bu məlumatı “ördək” adlandıraraq , alternativ məlumatlar təqdim etməyib.