Almaniyanın müdafiə naziri təcili Ukraynaya gəldi

Almaniyanın müdafiə naziri Boris Pistorius elan olunmamış səfərlə Kiyevə gəlib. 

Bizimxeber.az bildirir ki, bu barədə Almaniyanın MDR xəbər portalı yazır. 

"Federal müdafiə naziri Boris Pistorius Ukraynaya gözlənilməz səfərlə gəlib. O, səhər saatlarında qatarla paytaxt Kiyevə gəlib... Gün ərzində ukraynalı həmkarı Rustem Umerov və... Vladimir Zelenski ilə danışıqlar planlaşdırılır" - deyə məlumatda qeyd olunur.

Onun sözlərinə görə, danışıqların mövzuları Ukrayna əsgərlərinin təlimi və Ukraynaya hərbi yardım olacaq.