Almaniyadan Ukraynaya 650 milyon avroluq hərbi yardım

Kiyevə səfərə gələn Almaniya kansleri Olaf Şolz Ukraynaya 650 milyon avro dəyərində yeni silah tədarükü elan edib. 

Bizimxeber.az bildirir ki, Scholz qeyd edib ki, səfəri ilə həmrəyliyini ifadə etmək və Almaniyanın “Avropada Ukraynanın ən güclü dəstəkçisi” olaraq qalacağını açıq şəkildə bildirmək istəyir.

“1000 gündən artıqdır ki, Ukrayna Rusiyanın amansız təcavüzündən qəhrəmancasına müdafiə olunur”, - kansler bildirib.

O, həmçinin əlavə edib ki, Kiyevdə “dekabrda gətiriləcək 650 milyon avro dəyərində əlavə müdafiə avadanlığı” elan etməyi planlaşdırır. "Ukrayna Almaniyaya arxalana bilər. Biz nə ediriksə onu deyirik. Biz dediyimizi edirik", - Şolz qeyd edib.