Almaniyanın Saksoniya-Anhalt əyalətinin Maqdeburq şəhərindəki Milad bazarında bir kişi avtomobilini insanların üzərinə sürüb.
Bizimxeber.az bildirir ki, bu barədə MDR məlumat verib.
Hadisə şahidlərinin sözlərinə görə, avtomobil Maqdeburqda Milad bazarının ərazisinə bələdiyyə binası istiqamətində daxil olub. Son məlumata görə, hadisə nəticəsində azı on bir nəfər ölüb. Hadisə yerindən çəkilən fotolarda təcili yardım maşınları görünür.
DPA agentliyinin məlumatına görə, avtomobilin sürücüsü həbs edilib. Hazırda onun kim olduğu və hərəkətinin motivinin nə olduğu məlum deyil.
Bu arada Milad bazarının meneceri insanları Maqdeburqun mərkəzini tərk etməyə çağırıb və bazarın özü də ziyarətçilər üçün bağlanıb.
***
İlkin məlumatlara görə, 60-80 nəfər xəsarət alıb. Bu məlumatı şəhərin xilasetmə xidmətlərinə istinadən Bild yayıb .
Hadisə nəticəsində son məlumatlara görə, 60-80 nəfər xəsarət alıb. Xəbər dərc olunan zaman Maqdeburq polisi bir nəfərin ölməsi ilə bağlı məlumatı təsdiqləyib.
Maqdeburqun yerləşdiyi Saksoniya-Anhalt əyalət hökumətinin başçısı Rainer Haseloff hadisəni “xüsusilə Milad bayramı ərəfəsində dəhşətli hadisə” adlandırıb və şəhərə səfər etdiyini açıqlayıb.