Almaniyada vergi işi çərçivəsində Almaniyanın Adidas şirkətinin bir neçə ofisində axtarışlar aparılıb.
Bizimxeber.az bildirir ki, bu barədə Bloomberg yazır .
“İstintaq 2019-cu ilin oktyabr ayından başlayaraq beş illik dövrü əhatə edir və Almaniyaya idxal edilən mallarla bağlı gömrük və vergi qaydalarına aiddir”, deyə materialda bildirilir.
Qeyd olunur ki, axtarışlar Herzogenaurax şəhərində və bir neçə başqa ofisdə aparılıb.