Almaniya Ukraynaya 325 “Leopard 2” tankı verir - Rusiya şokda

Almaniya kansleri Olaf Şolz Kiyevə səfəri zamanı Ukraynaya hərbi dəstək vəd edəcək. Söhbət vəd edilmiş silahların tədarükündən gedir.

Bizimxeber.az bildirir ki, bu barədə "Bild"-ə Ukraynanın Almaniyadakı səfiri Andriy Melnik deyib. 

Melnik qeyd edib ki, Ukrayna Şolzdan tələb olunan silahlara yaşıl işıq yandıracağını gözləyir. 

Diplomat hesab edir ki, Almaniya Ukraynaya daha çox silah ötürə və Ukrayna ordusunun ehtiyaclarını bağlaya bilər. O, Şolzun Kiyevə bugünkü səfəri zamanı gələcək tədarükləri vəd etməyə çağırıb. “Almaniyaya Ukrayna ordusuna Rusiya qoşunlarının məğlubiyyəti üçün 800 “Fuchs” nəqliyyat tankının, 325 “Leopard 2” və ya 380 “Marder” tankının əhəmiyyətli hissəsinin verilməsinə heç nə mane olmur”, - səfir bildirib.