Almaniya səfirliyi Kiyevdə işini bərpa etdi - FOTO

 Almaniyanın Kiyevdəki səfirliyi öz işini bərpa edib.

Bizimxeber.az bildirir ki, bu barədə "Segodnya" məlumat yayıb. Ölkənin xarici işlər naziri Annalena Burbok bayrağı səfirlik binası qarşısında qaldırıb.

O deyib ki, səfirlik diplomatların minimal iştirakı ilə açılır. Səfir Anka Feldhusen Kiyevdə olacaq.

"Biz qayıtdıq! Dünən Kiyevdə Almaniya səfirliyi öz işini bərpa edib. Xarici işlər naziri Annalena Burbok səfirlik binası yaxınlığında Almaniya bayrağını qaldırıb", - səfirlikdən bildiriblər.

Annalena Burbok bayrağı Almaniya səfirliyinin yanında qaldırıb. 

Xatırladaq ki, səfirlik Kiyevdə Rusiya Federasiyasının genişmiqyaslı işğalından az əvvəl fəaliyyətini dayandırmışdı.