Almaniya Rusiyadan uran idxalına qarşı sanksiyaları dəstəklədi

Ukrayna hərbi müdaxilə fonunda Almaniya Rusiyadan uran idxalına qarşı sanksiyalar tələblərini dəstəkləyib.

Bizimxeber.az bildirir ki, bu barədə “Politico” avropalı diplomatlara istinadən məlumat yayıb. 

“Almaniya səfiri Berlinin yeni mövqeyini açıqlayıb və bildirib ki, onlar nəinki neft sanksiyalarının əleyhinədirlər, həm də neftin mərhələli şəkildə dayandırılmasını, təkcə qiymət məhdudiyyətlərini deyil, Rusiya uranına qadağa qoyulmasını da fəal dəstəkləyirlər”.

Qəzet yazır ki, bu addım "Rosatom"un yeni nüvə layihələri üçün uran tədarükünə zərbə vura bilər.