Almaniya Rusiya Mərkəzi Bankının aktivlərini müsadirə etməyə hazırdır

Almaniyanın maliyyə naziri Kristian Lindner Ukraynanın yenidən qurulmasını maliyyələşdirmək üçün Rusiyanın dövlət aktivlərinin müsadirə edilməsi ideyasına açıq olduğunu bildirib. 

Bizimxeber.az bildirir ki, o, bunu Almaniyanın “Handelsblatt” qəzetinə və daha üç Avropa nəşrinə müsahibəsində deyib.

"Mən Rusiyanın xarici aktivlərinin müsadirə edilməsi ideyasına siyasi açıdan açığam. Biz bunu artıq G7 və Aİ-də müzakirə edirik və təkliflər masadadır", - Lindner bildirib.

Rusiyanın özəl aktivlərinə gəlincə, nazirin sözlərinə görə, qanun baxımından nələrin edilə biləcəyini görmək lazımdır.

“Biz hətta Rusiya oliqarxları ilə münasibətdə olsaq da, qanunun aliliyinə hörmət etməliyik”, - o əlavə edib.

Bundan əvvəl Avropa Komissiyasının vitse-prezidenti Valdis Dombrovskis demişdi ki , Rusiya müharibəsi nəticəsində dağılmış infrastrukturun bərpası üçün Ukraynaya 500-600 milyard avro lazımdır.

Mayın əvvəlində Avropa Komissiyasının sədri Ursula fon der Leyen  Ukraynanın Avropa İttifaqında gələcəyinə yol açacaq iddialı Ukraynanın yenidən qurulması paketi üzərində işə başlamağı təklif etdi.