Almaniya Qərb silahları ilə Rusiyanın vurulmasını dəstəkləyir - Politico

Almaniya Ukraynanın Rusiya ərazisindəki hərbi obyektlərə Qərb silahları ilə zərbələr endirməsinə icazə verməsinin tərəfdarıdır.

Bizimxeber.az bildirir ki, bu barədə "Politico" məlumat yayıb.

Onun sözlərinə görə, Almaniya kansleri Olaf Şolz Rusiya ərazisindəki hədəflərə qarşı Qərb silahlarının istifadəsinə icazə verilməsinin tərəfdarıdır. Lakin bu mənbə təfərrüatları açıqlamayıb.