Berlin Qarabağa müstəqil müşahidəçilər cəlb etməkdə maraqlı olduğunu gizlətməyib.
Bizimxeber.az xarici KİV-lərə istinadən bildirir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Barbok bildirib.
O deyib ki, regiona müstəqil müşahidəçilərin getməsi Azərbaycanın orada yaşayan etnik ermənilərin təhlükəsizliyinin təmin edilməsinə ciddi yanaşdığını göstərəcək.
Burbok açıqlamasında "Tərəfdaşlarımızla birlikdə müşahidəçiləri mümkün qədər tez göndərmək üçün çox çalışırıq" deyib.
“Əgər Azərbaycan beynəlxalq müşahidəçilərə icazə versə, bu, Azərbaycanın Qarabağda insanların təhlükəsizliyini və rifahını təmin etmək üçün öz öhdəliklərinə ciddi yanaşdığını sübut edəcək.