Almaniya ruslar tərəfindən atəşə tutulan Okhmatdit Uşaq Xəstəxanasında müalicə olunan ağır xəstələri qəbul etdi.
Bizimxeber.az bildirir ki, bu barədə Almaniya Daxili İşlər Nazirliyi məlumat yayıb,.
Qeyd olunur ki, Almaniya bir neçə aydan 15 yaşa qədər, əksəriyyəti xərçəng xəstələri olmaqla ümumilikdə səkkiz uşağı təxliyə edərək müalicəyə qəbul edib.
Uşaqları ümumilikdə on nəfər yaxın qohum müşayiət edir.
"Kiyevdəki uşaq klinikasına raket hücumu bir daha Putinin Ukraynaya qarşı aqressiv müharibə apardığı anlaşılmaz qeyri-insaniliyi göstərdi. Buna görə də biz Ukraynaya humanitar dəstəyimizi bütün gücümüzlə davam etdiririk", - Almaniya Nazirliyinin rəhbəri deyib.
Almaniyanın səhiyyə naziri Karl Lauterbax deyib ki. təsirə məruz qalan ağır xəstə uşaqlar bu cinayətkar təcavüz müharibəsinin qurbanı olmamalıdırlar. Biz onlara Almaniyanın ixtisaslaşmış klinikalarında yaxşı qulluq göstərəcəyik".
2022-ci ilin mart ayından Almaniyada və digər Aİ ölkələrində müalicə alan ağır yaralı və ağır xəstələr Ukraynadan təxliyə edilib. O vaxtdan bəri 1150-yə yaxın insan Almaniyaya təxliyə edilib və ölkə üzrə xəstəxanalara göndərilib. Onların arasında mülki şəxslər və hərbçilər də var.
Bir çox ukraynalının əzalarını itirib, güllə və qəlpə xəsarətləri alıb.