Almaniya narahatdır - Orduya PUA-ları vurmaq icazəsi verilə bilər

Almaniya hakimiyyəti “böyük təhlükə” vəziyyətində ölkə ordusuna pilotsuz uçuş aparatlarını vurmağa icazə verə bilər.

Bizimxeber.az bildirir ki, bu barədə "DPA" yazıb.

Buna nail olmaq üçün hökumət hava nəqliyyatının təhlükəsizliyi haqqında qanuna dəyişiklik etmək istəyir.

Hakimiyyət orqanları Almaniyada kritik infrastruktur üzərində icazəsiz dron uçuşlarının sayının artmasından narahatdır. Xüsusilə, söhbət energetika, sənaye, nəqliyyat və telekommunikasiya obyektlərindən gedir. Rəsmilərə görə, İHA-lar “dövlət subyektləri tərəfindən təxribat və ya potensial terror məqsədləri üçün” idarə oluna bilər.

Daha əvvəl Bundestaqın müdafiə üzrə komissarı Eva Heql bildirmişdi ki, Almaniya Silahlı Qüvvələrinin döyüş hazırlığı cəmi 50% təşkil edir. Onun sözlərinə görə, Almaniya ordusunun şəxsi heyətini və müdafiə büdcəsinə investisiyaları artırmaq lazımdır.

Bu arada media Almaniya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, Berlin Rusiyanın orta mənzilli “Oreşnik” raket kompleksinə qarşı praktiki olaraq müdafiəsizdir.