Qarşıdan gələn həftələr Ukrayna üçün "müəyyən qədər həlledici” olacaq.
Bunu Almaniyanın müdafiə naziri Boris Pistorius "Bloomberg"ə müsahibəsində bildirib.
Eyni zamanda, o vurğulayıb ki, "ən mühüm prioritet" Ukraynanın hava hücumundan müdafiəsini təmin etməkdir və buna "yaxın üç ayda" nail olmaq lazımdır.
Xatırladaq ki, Ukrayna Prezidenti Vladimir Zelenski bir müddət əvvəl Rusiya ordusunun hücuma keçdiyini və "artıq bir neçə istiqamətdən hücumların həyata keçirildiyini” bildirmişdi.