Almaniya hava limanlarında sistem çöküşü - Növbələr yarandı

Almaniyanın hava limanlarında ölkəyə daxil olan insanları yoxlamaq üçün istifadə etdiyi federal polis kompüter sistemi çöküb.

Bizimxeber.az bildirir ki, bu barədə “Bild” nəşri yazıb.

Frankfurt hava limanına cavabdeh olan Almaniya federal polisinin sözçüsü nəşrə bildirib ki, asayiş keşikçiləri əvvəllər sistem tərəfindən görülən bir çox işləri əl ilə etməlidirlər. 

Bu arada, WDR Düsseldorf hava limanında təhlükəsizlik zonasında uzun növbələrin yarandığını bildirib.

Bəzi sərnişinlər iki saat növbə gözləyibilər.