Almaniya elan etdi: Kiyevə daha bir “Patriot” verilir

Almaniya yeni yardım paketində Ukraynaya əlavə “Patriot” hava hücumundan müdafiə sistemi verəcək.

Bunu Almaniya xarici işlər naziri Annalena Berbok deyib.

“Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi son dərəcə vacib olaraq qalır. Almaniya daha bir “Patriot” sistemi və əlavə 500 milyon avro verir”, - nazir bildirib.