"Alman "Patriot"u artıq Ukraynadadır" - Zelenski açıqladı

Almaniya vəd etdiyi Amerikanın “Patriot” zenit-raket kompleksi hava hücumundan müdafiəni gücləndirərək artıq Ukraynaya yollayıb.

Bizimxeber.az bildirir ki, bu barədə prezident Vladimir Zelenski axşam videomüraciətində bildirib.

O qeyd edib ki, o, Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşçukun “şahed” pilotsuz uçan aparatlarının vurulması və Rusiya raketlərinə qarşı mübarizə haqqında məruzəsini dinləyib.

“İndi biz artıq deyə bilərik ki, Almaniyanın “Patriot”u Ukraynaya gəlib. Qarşıda çox iş var və bu hələ uzun bir yoldur, zəmanət verilməyən müdafiə, lakin buna baxmayaraq - Ukrayna üçün daha çox güc lazımdır”, - prezident qeyd edib.