Aktauda təyyarənin qəzaya uğradığı yerdə tapılan registratorların deşifrəsinə təyyarə istehsalçısı olan Braziliyadan mütəxəssislər gəldikdən sonra başlanacaq.
Bizimxeber.az bildirir ki, bu barədə Qazaxıstanın Mülki Aviasiya Komitəsinin rəhbəri Talqat Lastayev məlumat verib.
“Beynəlxalq təhqiqat alqoritmi var ki, əvvəlcə toplanan bütün məlumatlara əsasən qara qutuların açılması ilə bağlı qərar qəbul edən komissiya yaradılır və onların təhlilindən sonra şifrənin açılması ilə bağlı qərar veriləcək.
Həmçinin Manqistau vilayətinin nəqliyyat prokuroru Abılaybek Ordabayev bildirib ki, 4 min kvadratmetrdən çox ərazini əhatə edən hadisə yerinə baxış keçirilib və təyyarənin fraqmentlərinin toplanması üzrə iş davam etdirilir. Dispetçerlərlə ekipaj arasında danışıqların yazıları götürülüb.
Eyni zamanda, baş nazirin müavini Kanat Bozumbayev təyyarənin qəzaya uğramasına səbəb olan versiyaları irəli sürməyin tez olduğunu bildirib.
“Hazırda araşdırmalar da daxil olmaqla bir sıra ekspertizalar təyin olunub, biz nə Rusiyadan, nə də Azərbaycandan heç bir versiya almamışıq” deyə, təyyarə qəzasını araşdıran xüsusi komissiyanın rəhbəri bildirib.
Bundan əvvəl Kanat Bozumbayev Embraer və CENIPA nümayəndələrinin Qazaxıstana uçduğunu bildirmişdi.