Akkuyu AES işçilərini daşıyan avtobus qəzaya düşdü

Mersin vilayətində Türkiyədə tikilməkdə olan Akkuyu Atom Elektrik Stansiyasının işçilərini daşıyan avtobus minik avtomobili ilə toqquşub.

Bizimxeber.az bildirir ki, bu barədə NTV telekanalı məlumat yayıb.

“Akkuyu AES-in işçilərini daşıyan avtobusun sürücüsü idarəetməni itirərək qarşıdakı zolağa çıxıb. Orada o, AES işçisinin də idarə etdiyi avtomobilə və fəhlələrin olduğu başqa avtobusa çırpılıb”, - məlumatda deyilir.

Qəza nəticəsində 2 nəfər ölüb, daha 35 nəfər yaralanıb. Daha əvvəl Türkiyənin cənub-şərqindəki Van vilayətində avtobusun qəzaya uğraması nəticəsində 2 nəfər ölüb, 30 nəfər yaralanıb.