Avropa İttifaqı Ukraynaya təqribən 20 milyard avro dəyərində yeni hərbi yardım ayırmağa hazırlaşır.
Bizimxeber.az bildirir ki, bu barədə məlumatı “Bloomberg” agentliyi yayıb.
Yeni yardım paketi artilleriya üçün silah-sursat, hava hücumundan müdafiə vasitələri, yüksəkdəqiqlikli raket, PUA və digər sursatlardan ibarət olacaq.