Fransa fevralın 19-da Ukrayna və Avropanın təhlükəsizliyini müzakirə etmək üçün növbəti görüş keçirməyi planlaşdırır.
Bizimxeber.az bildirir ki, bu barədə “Reuters” məlumat verib.
Paris çərşənbə günü keçiriləcək iclasa ilk sammitdə iştirak etməyən Avropa ölkələrini, eləcə də Kanadanı dəvət edib. Dəvət edilən ölkələrin Norveç, Kanada, Baltikyanı ölkələr, Çexiya, Yunanıstan, Finlandiya, Rumıniya, İsveç və Belçika olduğunu bildirib.
Onlar həmçinin etiraf ediblər ki, bəzi ölkələr videobağlantı vasitəsilə sammitə qoşula bilər.