Aİ Rusiyanı yeni sanksiyalarla hədələdi

Avropa İttifaqı enerji sektorunda Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə davam edəcək.

Bizimxeber.az bildirir ki, bunu Avropa Komissiyasının sözçüsü Paula Pinho Brüsseldə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ABŞ-ın Ukrayna böhranının sülh yolu ilə nizamlanması kontekstində bu məsələ ilə bağlı niyyətləri Avropa tərəfinin planlarına təsir etməyəcək.

"ABŞ-ın enerji ilə bağlı nə düşündüyünü bilmirəm, amma bizim sanksiya paketlərimiz var və hazırda 16-cı sanksiya paketi müzakirə olunur ki, bu da enerjiyə təsir edir".

Bu arada İsveçrə hökuməti Rusiyaya qarşı sanksiyaların siyahısını genişləndirmək qərarını gəldiyi bildirilmişdi. Ölkənin hakimiyyət orqanları Aİ-nin oxşar təşəbbüsünə qoşulmaq qərarına gəliblər. Məhdudiyyətlər Rusiya məhkəmələrinin İsveçrə və Rusiya şirkətləri arasında mübahisələrlə bağlı qərarlarına təsir edəcək.