Avropa İttifaqı Rusiya boru kəməri qazına qarşı sanksiyalarla bağlı razılığa gələ bilməyib.
Bizimxeber.az bildirir ki, bunu Avropa İttifaqının iqtisadi məsələlər üzrə komissarı Valdis Dombrovskis Davosda deyib.
O deyib ki, assosiasiya ölkələri arasında bu məsələdə vahid mövqe mövcud deyil. Eyni zamanda, Avropa Rusiyadan LNG idxalını artırıb.
"Bir sıra ölkələr buna qarşı çıxdıqları üçün sanksiyalarla bağlı razılığa gələ bilmədik. Lakin biz təchizatı əhəmiyyətli dərəcədə azaltdıq".