Aİ Ermənistan və Azərbaycana xüsusi nümayəndə göndərir - Borrel

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar sərhəddəki vəziyyətin deeskalasiyasına kömək etmək üçün Ermənistan və Azərbaycana səfər edəcək.

Bizimxeber.az bildirir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Josep Borrel bildirib.

"Ermənistan və Azərbaycan sərhədində ciddi döyüşlər baş verib, nəticədə ölümlər qeydə alınıb. Döyüşlərin dayandırılması və hamının danışıqlar masasına qayıtması vacibdir. Bütün qüvvələr bu gərginlikdən əvvəl tutduqları mövqelərə qayıtmalıdırlar. Atəşkəs rejiminə tam riayət edilməlidir”, - Borrell bildirib.