Aİ dünya ölkələrini Moskvaya təzyiq göstərməyə çağırdı

Avropa İttifaqı Rusiyanın Ukrayna taxılını daşıyan mülki gəmilərə zərbələrinin artmasına sərt reaksiya verib.

Bizimxeber.az bildirir ki, qurum aidiyyəti ölkələri bu hərəkətləri dayandırmaq üçün Moskvaya təzyiq göstərməyə çağırıb.  Bəyanatda son günlər Rusiyanın Qara dənizdə Ukrayna taxılını daşıyan mülki gəmilərə hücumlarını artırdığına diqqət çəkilir.

Biri Panamadan, digəri Palaudan iki gəmi ballistik raketlərlə vurulub, bir neçə gün əvvəl Sent Kitts və Nevisdən gəmiyə hücum edilib, Keçən ay Rusiya Misir üçün taxıl olan gəmini bombalayıb.

Bütün bu hərəkətlər Rusiyanın gündəlik hücumları zamanı Ukrayna taxıl anbarlarını və liman infrastrukturunu məhv etməyə və Ukrayna taxılını oğurlamağa davam etməsinə əlavə olaraq baş verir.

Bu, Putinlə sülhün mümkün olduğunu söyləyənlərə Putinin cavabıdır”, - Aİ bəyanatında deyilir.  Aİ bütün dünya ölkələrini Rusiyanın naviqasiya azadlığına və qlobal ərzaq təhlükəsizliyinə hücumlarını pisləməyə çağırıb.